Azərbaycan Xarici İşlər Nazirliyi - Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur
Azərbaycan Xarici İşlər Nazirliyi - Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur

 
Region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur- bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına görə, Ermənistanın öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə məcbur edib.

“Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir”- bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayenin “Azərbaycanın gücdən istifadə etməsi etimadı sarsıdıb və Bakının Ermənistanla hərtərəfli sülhə sadiqliyinə şübhələr yaradıb” deyə verdiyi bəyanatlarına etiraz edir. Ceyms O’Brayenin bəyanatları ilə bağlı Azərbaycan tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin noyabrın 20-də ABŞ-da görüşünün keçirilməsindən imtina edib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına görə, ABŞ birtərəfli yanaşma ilə vasitəçi rolunu itirəcək.