Azərbaycan Qarabağda “antiterror əməliyyatı”nın dayandırıldığını elan edir
Azərbaycan Qarabağda “antiterror əməliyyatı”nın dayandırıldığını elan edir

 
Azərbaycan Qarabağ bölgəsində “antiterror əməliyyatı”nı dayandırıb.

Azərbaycan mediasının yaydığı məlumatda qeyd olunduğu üzrə, Ermənistan SQ-nin birləşmələri, Qarabağ bölgəsində yerləşən qanunsuz erməni silahlı bölmələri silah-sursatını yerə qoyub, döyüş mövqelərini və postlarını tərk edərək, tamamilə tərksilah edilir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ərazisini tərk edir, qanunsuz erməni silahlı birləşmələri dağılır, eyni zamanda bütün silah-sursat və ağır texnikanı təhvil verirlər.

Bakıda bildiriblər ki, yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Eyni zamanda, Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüşün keçiriləcəyi barədə məlumatlar yayılır.

Bundan əvvəl tanınmamış Dağlıq Qarabağın administrasiyasında Rusiya sülhməramlılarının atəşi dayandırmaq təklifi ilə razılaşdıqlarını bəyan etmişdilər.