Azərbaycan Prezidentinin köməkçisi - antiterror tədbirlərini dayandırmaq üçün qanunsuz erməni birləşmələri ağ bayraq qaldırmalı, silahlarını təhvil verməli, qanunsuz rejim istefaya getməlidir
Azərbaycan Prezidentinin köməkçisi - antiterror tədbirlərini dayandırmaq üçün qanunsuz erməni birləşmələri ağ bayraq qaldırmalı, silahlarını təhvil verməli, qanunsuz rejim istefaya getməlidir

 
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin rəhbəri Hikmət Hacıyev bildirib ki, “antiterror tədbirləri”nin əsas məqsədləri tamamlanma mərhələsindədir. O, əsas hərbi hədəflərin zərərsizləşdirildiyini qeyd edib.

Hacıyevin qeyd etdiyi kimi, Bakı Dağlıq Qarabağla danışıqlara hazırdır, lakin bunun üçün onlar silahı yerə qoymalıdırlar.

Azərbaycan tərəfindən bildirilib ki, Dağlıq Qarabağ bölgəsində yaşayan erməni əhalisinin nümayəndələri reinteqrasiya məsələlərini müzakirə etmək üçün dəfələrlə dəvət olunublar, lakin onlar hər dəfə bundan imtina ediblər.

“Antiterror tədbirlərini dayandırmaq üçün qanunsuz erməni birləşmələri ağ bayraq qaldırmalı, silahlarını təhvil verməli, qanunsuz rejim istefaya getməlidir. Əks halda, antiterror tədbirləri sona qədər davam edəcək” – deyə H.Hacıyev bildirib.