Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov İrana səfərə gedib
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov İrana səfərə gedib

Sərhəd və Xəzər dənizi məsələləri üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov İrana gedib.

Azərbaycan mətbuatının verdiyi məlumata görə, X.Xələfov və İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri arasında keçiriləcək görüşlərdə ikitərəfli və regional məsələlər müzakirə olunacaq.

Xələf Xələfovun konkret kiminlə görüşəcəyi hələlik məlum deyil. Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan İrandadır.