Azərbaycan mediasının məlumatına əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin çıxarılması prosesi başlayıb
Azərbaycan mediasının məlumatına əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin çıxarılması prosesi başlayıb

 
Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin çıxarılması prosesi başlayıb-bu haqda Azərbaycan mediası məlumat yayır.

Azərbaycan mediası yazır ki, sülhməramlı kontingentin birinci hissəsi və hərbi texnika Kəlbəcər bölgəsində yerləşən Xudavəng məbədinin ərazisini tərk edib. Hazırda Azərbaycan polisi Xudavəng monastırının ərazisinə yerləşib. Azərbaycan mətbuatının məlumatına əsasən, həm də Xocalı bazasının təxliyəsi aparılır və prosesin bir neçə günə başa çatacağı gözlənilir.

Eyni zamanda, erməni mediası diplomatik mənbəyə istinadən yazır ki, Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması mərhələli şəkildə baş tutacaq. Yayılmış məlumata əsasən, kontingentin çıxarılması Dağıstandan keçməklə eşelon vasitəsilə həyata keçirilir.

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlı kontingenti müvəqqəti olaraq Qarabağa yerləşdirilib.