Azərbaycan mediası İlham Əliyevlə Cuanşer Burchuladzenin görüşü ilə bağlı məlumat yayır
Azərbaycan mediası İlham Əliyevlə Cuanşer Burchuladzenin görüşü ilə bağlı məlumat yayır

 

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze ilə görüşüb. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayır.

Məlumatda qeyd edildiyi kimi, görüşdə tərəflər Azərbaycan ilə Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi sahə də daxil olmaqla müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıblar.

Məlumatda qeyd edildiyi kimi, İlham Əliyev və Cuanşer Burchuladze Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin aprel ayında Azərbaycana səfərini də müzakirə ediblər. Tərəflər sözügedən səfər zamanı iki ölkə arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində səmərəli müzakirə aparıldığını qeyd ediblər. Eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.