Azarkeşlik etdiyinə görə hamıya təşəkkürlər - Laşa Talaxadzenin dünya çempionatını qazandıqdan sonra ilk şərhi #1TVSPORT
“Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Atletik vəziyyətimə görə çətin dünya çempionatı oldu, lakin biz dünya çempionatının üç qızıl medalını qazana bildik.
Bu, mənim dünya çempionatında altıncı qızıl medalımdır, azarkeşlərimi və idman sevərləri bir az narahat etsəm də, eybi yoxdur, mütləq bunun əvəzini çıxarıb dünya səhnəsinə daha böyük nəticələrlə qayıdacağam…
Azarkeşlik etdiyinə görə hamıya təşəkkürlər”- deyə Laşa Talaxadze açıqlayıb.
Boqotada keçirilən dünya çempionatında Laşa Talaxadze, təkanla qaldırma hərəkətində ümumilikdə 251 kq çəkini ram edərək dünya çempionu oldu.
Laşa Talaxadze birdən qaldırma hərəkətində 215 kq-ı, təkanla qaldırma hərəkətində isə 251 kq-ı ram edib. O, cəmdə 466 kq çəki ilə ardıcıl altıncı dəfə dünya çempionluğunu bayram edib.