Azarkeşlər Gürcüstan yığmasının avtobusunu hava limanından təşəkkür nidaları ilə yola saldılar #1TVSPORT
Azarkeşlər Gürcüstan yığmasının avtobusunu hava limanından təşəkkür nidaları ilə yola saldılar #1TVSPORT

 
Gürcüstanın futbol komandası Almaniyadan Tbilisiyə saat 9:15-də gəldi. Hava limanında komandanı çoxlu sayda azarkeş qarşıladı, onlar bayraqlar dalğalandıraraq təşəkkür nidaları ilə komandanı hava limanının ərazisindən yola saldılar.

“Xaçlılar” azarkeşlərlə bu gün axşam görüşəcəklər.

“İyulun 2-də saat 22:00-da Azadlıq meydanına toplaşırıq. Futbol yığmamızla bilikdə görüşək və birlikdə təşəkkür edək. Gürcüstanın dövlət himnini birlikdə oxuyaq və gürcü futbol möcüzəsini birlikdə qeyd edək. Saat 21:30-da futbol yığması üstü açıq avtobusla Mixeil Mesxi stadionundan Azadlıq meydanına doğru yürüşə başlayacaq. Saat 22:00-da Azadlıq meydanında- futbol komandasına Gürcüstanın təşəkkürü”- Gürcüstan hökumətinin məlumatında deyilir.