Cari ilin oktyabrın 30-da, “Azadlıq” radyosunun azərbaycan dilli buraxılışı və daha sonra bir neçə azərbaycan medya vasitələri xəbər yaydılar ki, guya oktyabrın 26-da Qardabanidə yerli svanlar və azərbaycanlılar arasında qarşıdurma baş verib.
Həmin xəbərə əsasən, “vəziyyət o qədər gərginləşib ki, hadisə yerinə Gürcüstanın Daxili İşlər Naziri Giorgi Mğebrişvili də gedib”.
Yanlış məlumatın mənbəsi olaraq isə, “Azadlıq” radyosu tərəfindən Gürcüstanın İctimai Yayımçısı və “Moambe” xəbərlər buraxılışı göstərilmişdi. Kadr olaraq isə, Qardabanidə 2014-cü ilin may ayında baş verən hadisə göstərilmişdi.
Birinci kanalın rəhbərliyi “Azadlıq” radyosu və həmin xəbəri yayan digər medya vasitələri ilə əlaqə saxladı və açıqladı ki, 2017-ci ilin oktyabrın 26-da, Gürcüstanın Birinci kanalında belə bir süjet yayımlanmayıb və Azərbaycan medya vasitələrinə göstərilən kadrlar isə, 2014-cü ilindir.
Müraciətdən sonra, Azərbaycan medya vasitələri və “Azadlıq” radyosu, söz edilən xəbəri veb-səhifələrindən qaldırdılar və müvafiq açıqlama verdilər.
“Azadlıq” radyosunun veb-səhifəsində müvafiq bəyanat yayıldı, hansında izah edilir ki, “Azadlıq” radyosu öz səhvini qəbul edir və partnyor medya vasitələrindən üzr istəyir və gələcəkdə belə bir səhvə yol verilməyəcəyini bildirir.
“Oktyabrın 30-da “Azadlıq” radyosunun axşam informasiya buraxılışında, Gürcüstanda, Qardabanidə azərbaycanlılar və svanlar arasında etnik qarşıdurmanın baş verdiyi haqda video-reportaj verildi. Qeyd olunan video digər medya vasitələri tərəfindən də yayıldı və ajiotaja səbəb oldu. Yayılan material müasir jurnalistika stantarlarına müvafiq deyildi, çünki videokadrların arxiv olduğu göstərilməmişdi və müvafiq olaraq da, xəbər bütün resurslardan silindi.
“Azadlıq” radyosu öz səhvini qəbul edir və partnyor medya vasitələrindən üzr istəyir və bildirir ki, gələcdə belə bir səhvə yol verilməyəcək” – dedyilir “Azadlıq” radyosunun veb-səhifəsində yayılan bəyanatda.
“Azadlıq” radyosunun redaktoru Natiq Zeynalov Birinci kanala məktub göndərdi və yol verilən səhvə görə üzr istədi.