Azadlıq Meydanı və Tabori dağını birləşdirən kanat yolunun inşaatı başladı [Foto]

Tbilisidə Azadlıq Meydanı və Tabori dağını birləşdirən kanat yolunun inşaatı başladı.

Bu barədə məlumatı Birinci Kanala həm-investisiya fondu verdi.

Kanat yolunun Azadlıq Meydanından başlayan tərəfi “Luxury Collection” mehmanxanasının birinci mərtəbəsində yerləşəcək və oradan Tabori dağındaki mehmanxana və qolf klubuna gedəcək.

“Qeyd edilməlidir ki, yeni kanat yolunun həmçinin, saatda 100 nəfəri daşıyan ictimai nəqliyyat funksiyası olacaq, hansı ki, turistlərin və yerli əhalinin təhlükəsiz və operativ yolçuluğunu təmin edəcək” – bəyan edirlər həm investisiya fondunun nümayəndələri.

Kanat yolunu gərəkli avadanlıqla Avstriya-İsveçrə şirkəti Doppelmayr təmin edəcək, montaj işlərini isə, Avstriyanın RMS şirkəti təmin edəəck.

Layihənin cəmi dəyəri 10 milyon ABŞ dollarını təşkil edəəck.

İlk olaraq, binaların içindən gedən kanat yolu layihəsini Doppelmayr Çində həyata keçirmişdi.