"Avtomobillərin texniki yoxlanışdan keçiriməsi zərurətinə sistemin dağılmış olması səbəb oldu"

“Ola bilsin ki, bəzi insanlar öz avtomobillərini texniki nəzarətdən keçirə bilməyəcəklər, ancaq nəticədə, onların ailə üzvlərinin sağlamlıq problemləri azalacaq” – bu barədə bəyanatı Tbilisi merinin müavini Maia Bitadze, Birinci kanalın efirində yayımlanan “Aktual mövzu” verlişində iştirak edərkən verdi.

Maia Bitadzenin dediyinə görə, avtomobillərin texniki yoxlanışının tətbiq edilməsinə, mövcud olan sistemin dağılmışlığı səbəb oldu.

“İndiyə qədər teoretik texniki yoxlanış var idi, hansı ki, real olaraq, işləmirdi, çünki müvafiq infrastruktura yox idi. Ancaq, əgər bu sistemə yavaş-yavaş, tədricən keçməsək, bir dəfədən birşey alnımayacaq. Obyektlərin avtomobilləri qəbul edib, yoxlamaları üçün gərəkən infrastrukturanın qaydaya salınması lazımdır” – dedi Maia Bitadze.