Avtomobil Yolları Departamenti mövcud vəziyyət və yollarda aparılan təmizlik işləri ilə bağlı məlumat yayır
Avtomobil Yolları Departamenti mövcud vəziyyət və yollarda aparılan təmizlik işləri ilə bağlı məlumat yayır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, çətin meteoroloji şəraitlə əlaqədar yollarda təmizləmə işləri intensiv rejimdə davam etdirilir.

Qurumdan verilən məlumata görə, bütün istiqamətlərdə qartəmizləyən texnika səfərbər olunub, avtomobillərin hərəkətinin qısa zamanda bərpa olunması üçün yollara davamlı olaraq texniki duz tökülür.

“Hazırda aparılan intensiv təmizləmə işləri nəticəsində beynəlxalq əhəmiyyətə malik Xaşuri-Axaltsixe-Vale avtomobil yolunda nəqliyyatın hərəkəti bərpa olunub. Həmçinin, dövltdaxili əhəmiyyətə malik Vaziani-Qombori-Telavi avtomobil yolunun, 37-49 km-lik (Tetritsklebi-Verona) hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.

Aşağıdakı avtomobil yollarında xüsusi hərəkət rejimləri saxlanılır: Uçqun təhlükəsinin yüksək olması ilə əlaqədar beynəlxalq əhəmiyyətə malik Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (post)-Kobi hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır.

Çovğun və qarla əlaqədar beynəlxalq əhəmiyyətə malik Axaltsixe-Ninotsminda avtomobil yolunun 90-112 km-lik hissəsində bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Magistral yolun qalan hissəsində avtomobillərin hərəkəti sərbəstdir.

Qarla əlaqədar Saçxere (Sareki)-Uzunta-Şkmer-Zudali avtomobil yolunda, həmçinin Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-52 km-lik hissəsində (Nakerala aşırımı) qoşqu və yarımqoşquların hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Qar və buzla əlaqədar dövlətdaxili əhəmiyyətə malik Qomi-Saçxere-Çiatura-Zestafoni avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Dövlətdaxili əhəmiyyətə malik Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-110 km-lik hissəsində (Pərvanə aşırımı) çətin meteoroloji şəraitlə (güclü qar, çovğun, görmə məsafəsinin aşağı olması) bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Qar və buzla əlaqədar, Dövlətdaxili əhəmiyyətə malik Zuqdidi-Cvari-Mestiya-Lasdili avtomobil yolunun, 70-185 km-lik (Xaişi-Uşquli) hissəsində qoşquların, yarımqoşquların və tutumu 30 nəfərdən çox olan avtobusların hərəkəti qadağandır. Yolun 90-185 km-lik (Dizi-Uşquli) hissəsində sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə yüngül avtomobillərin hərəkətinə icazə verilir. Yolsuzluq nəqliyyat vasitələrinin (iki və ya daha çox aparıcı körpü ilə) hərəkəti sərbəstdir. Avtomobil yolunun 1-70 km-lik (Zuqdidi-Xaişi) hissəsində nəqliyyatın hərəkəti sərbəstdir”, – Avtomobil Yolları Departamentinin məlumatında deyilir.