Avtomobil Yolları Departamenti-avtomobil yollarının təmizlənməsi işləri aktiv şəkildə davam etdirilir
Avtomobil yollarının təmizlənməsi işləri aktiv şəkildə davam etdirilir-bu barədə Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında deyilir.
Qurumdan verilmiş məlumatda qeyd olunduğu üzrə, hazırda aparılan təmizləmə işləri nəticəsində dövlət əhəmiyyətli daxili Şuxuti-Atsana-Mamati-Dzimiti avtomobil yolunun 2-ci və 12-ci kilometrində avtomobillərin hərəkəti birtərəfli qaydada bərpa edilib.
“Beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 40 və 56-cı kilometrlərində bütün növ nəqliyyat vasitələrinin hərəkəti hələ də qadağandır. Yolun sözügedən hissəsinə güclü leysan nəticəsində məcrasından çıxmış Lesa çayı ziyan vurub.
Beynəlxalq əhəmiyyətli Samtredia-Lançxuti-Qriqoleti avtomobil yolunun 56-cı km-də suyun səviyyəsi xeyli aşağı düşüb və avtomobillərin hərəkəti mümkündür, yolun 40-cı km-də isə yol təmizləmə işləri davam etdirilir. Qeyd olunan hissələrdə çayın səviyyəsi enən kimi mütəxəssislər tərəfindən körpünün keçidi yerindəcə öyrənilib və onların tövsiyələrinə əsasən növbəti tədbirlər planlaşdırılıb. Nəqliyyatın hərəkəti bərpa olunana qədər avtonəqliyyat vasitələri beynəlxalq əhəmiyyətli Senaki-Poti-Sarpi avtomobil yolunda hərəkət edəcəklər.
Dörd yerdə sürüşmənin baş verdiyi Ozurqeti-Ninoşvili-Lesa yolunun 15, 16, 18 və 25-ci kilometrlərində avtomobillərin hərəkəti birtərəfli qaydada bərpa edilib. Yol hissəsinin təmizlənməsi işləri davam etdirilir”- deyə qurumun yaydığı məlumatda bildirilib.