Avto dayanacaqların lisenziyası sərtləşir 04.03.2019

Avto dayanacaqların fəaliyyəti istiqamətində nəzarət sərtləşir. İnfrastrukturun nizama salınması və sanitar normaları qorumaq lisenziya almaq üçün əsas şərt olacaq. Xüsusi diqqət avtobus və marşrut taksiləri ilə səyahət zamanı təhlükəsizlik standartlarına yönəldiləcək. Nəqliyyat vasitələrinə stulların əlavə edilməsi qadağan olunacaq, eləcə də, reyslərin yerinə yetirilməsi qrafikə əsaslanacaq. Qanun layihəni iqtisadiyyat nazirliyi xarici mütəxəssislərlə birgə hazırlayır. İllər ərzində praktiki olaraq tənzimləmə altında olmayan sahəni nizamlayacaq sənəd təxminən iki aya parlamentə göndəriləcək.