Avstriyanın federal kanslerinin Gürcüstana rəsmi səfəri başlayıb
Avstriyanın federal kanslerinin Gürcüstana rəsmi səfəri başlayıb

 

Avstriyanın federal kansleri Karl Nehammerin Gürcüstana rəsmi səfəri başlayıb.

Bu, onun Gürcüstana ilk səfəridir.

Bir az bundan əvvəl Hökumət Administrasiyasında Avstriyanın federal kanslerinin rəsmi qarşılanma mərasimi keçirilib, iki ölkənin dövlət himnləri səsləndirilib.

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avstriyanın federal kansleri Karl Nehammerlə təkbətək görüş keçirəcək, bundan sonra media qarşısında birgə bəyanatlar veriləcək.