Avstriyanın federal kansleri bu gün Gürcüstana rəsmi səfər edəcək
Avstriyanın federal kansleri bu gün Gürcüstana rəsmi səfər edəcək

 

Avstriyanın federal kansleri Karl Nehammer bu gün Gürcüstana rəsmi səfər edəcək. Bu barədə Hökumət Administrasiyasının mətbuat xidməti məlumat yayır.

Verilmiş məlumatda Avstriyanın federal kanslerinin rəsmi qarşılanma mərasiminin Hökumət Administrasiyasında keçiriləcəyi deyilir.

Daha sonra Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili və Avstriyanın federal kansleri Karl Nehammer media qarşısında birgə bəyanatlarla çıxış edəcəklər.