Avstriyada qalma müddəti sona çatmaqda olan və ölkəni tərk edə bilməyən Gürcüstan vətəndaşları, gələcəkdə viza problemi ilə qarşılaşmayacaqlar
Avstriyada qalma müddəti sona çatmaqda olan və ölkəni tərk edə bilməyən Gürcüstan vətəndaşları, gələcəkdə viza problemi ilə qarşılaşmayacaqlar

Avstriyada müvəqqəti qalma müddəti sona çatmaqda olan və vizasız rejimlə nəzərdə tutulmuş müddətdə ölkəni tərk edə bilməyən Gürcüstan vətəndaşları, Avstriya ərazisini tərk edərkən heç bir problem ilə qarşılaşmayacaqlar- bu barədə Gürcüstanın Avstriyadakı səfirliyi, Vena Regional Polis İdarəsindən verilən açıqlamaya istinadən məlumat yayır.

“Avstriya Respublikası ərazisindəki Gürcüstan vətəndaşlarının diqqətinə :
Vena Regional Polis İdarəsinin bəyanatını sizlərə təqdim edirik. Bəyanata əsasən, Avstriyada müvəqqəti qalma müddəti başa çatmaqda olan və yaranmış vəziyyət səbəbi ilə qısa müddətli viza və / və ya 90 günlük vizasız rejimlə nəzərdə tutulmuş müddətdə ölkəni tərk edə bilməyən Gürcüstan vətəndaşları ,Avstriya ərazisini tərk edərkən heç bir problemlə qarşılaşmayacaqlar.

Daha ətraflı məlumat üçün Vena Regional Polis İdarəsini bəyanatını https://www.polizei.gv.at/ səhifəsindən oxuya bilərsiniz.

Əlavə suallar olacağı təqdirdə ,müvafiq qurumun telefon nömrəsi 01 31310-0 və ya elek.post ünvanına [email protected] müraciət edə bilərsiniz.

Gürcüstana səyahət ilə bağlı məlumat almaq üçün səfirliyin qaynar xəttinə +43 676 3358590 +43 676 6246194 zəng vura bilərsiniz”- deyə Gürcüstanın Avstriyadakı Səfirliyinin məlumatında qeyd olunub.