Avstriya kansleri anti-rus sanksiyalarının tədricən aradan qaldırılması ideyasını dəstəkləyir
Avstriya kansleri anti-rus sanksiyalarının tədricən aradan qaldırılması ideyasını dəstəkləyir

Avstriya kansleri anti-rus sanksiyalarının tədricən aradan qaldırılması ideyasını dəstəkləyir. Alman mediyası ilə söhbəti zamanı Sebastyan Kuts bəyan etdi ki, Minsk müqaviləsinin yerinə yetirilməsində tərəqqinin təqdirində, sanksiyaların aradan qaldırılması məqsədyönlüdür.

“Ukrayna münaqişəsi ilə bağlı Avropa İttifaqı Minsk müqaviləsinin yerinə yetirilməsində tərəqqini tələb etməlidir. Tərəqqi təqdirində sanksiyaların addım addım aradan qaldırılması arzu olunandır”, – Kurts bəyan etdi.

Avstriya kansleri hesab edir ki, sülhün uzun müddətli perspektivi Rusiya ilə əməkdaşlıqla mümkündür, lakin Avropa İttifaqı beynəlxalq hüquq normalarına göz yummamalıdır.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları 2014-cü ildə tədbiq etdi.