Avroviziya Uşaq Mahnı Müsabiqəsinin son detalları haqqında mətbuat konfransı bu gün keçiriləcək
Avroviziya Uşaq Mahnı Müsabiqəsinin son detalları haqqında mətbuat konfransı bu gün keçiriləcək

Bu gün saat 12-də, Tbilisi Olimpiya Sarayında Avroviziya Uşaq Mahnı Müsabiqəsinin son detalları və yekunlaşdırıcı işləri haqqında mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında 2017-ci ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsinin icraedici prodyuseri – Serqi Qvarcaladze, İctimai Yayımçının Mediya və Kommunikasiyalar bolkunun direktoru – Tinatin Berdzenişvili, Milli Turizm Administrasiyasının rəhbəri – Giorgi Çoqovadze, müsabiqənin yaradıcı rejissoru – Qordon Bonelo və şoun aparıcıları: Lizi Caparidze və Elene Kalandadze iştirak edəcəklər.

Jurnalistlərin ilk dəfə imkanı olacaq ki, rejissorla birlikdə konsert salonunu gözdən keçirsinlər, onlar üçün maraqlı suallar versinlər və dolğun cavablar alsınlar.