Avroviziya 2024-ə mayın 7, 9 və 13-də Malmö ev sahibliyi edəcək
Avroviziya 2024-ə mayın 7, 9 və 13-də Malmö ev sahibliyi edəcək

68-ci Avroviziya mahnı müsabiqəsi İsveçin Malmö şəhərində keçiriləcək. Malmö şəhəri üçüncü dəfə Avroviziyaya ev sahibliyi edir.

İsveçli müğənni Loreen “Tatto” mahnısı ilə qalib gələrək Avroviziya 2024-ə ev sahibliyi etmək hüququ qazanıb. Bununla da İsveç qələbə sayına görə Avroviziyanın rekordçusu olub.

Malmö Avroviziyaya sonuncu dəfə 2013-cü ildə, ilk dəfə isə 1992-ci ildə ev sahibliyi edib.

“Avroviziya 2024” mayın 7, 9 və 13-də “Malmo Arena”da keçiriləcək.