Avroviziya 2024-də 37 ölkə iştirak edəcək
Avroviziya 2024-də 37 ölkə iştirak edəcək

 
Mayın 7, 9 və 11-də İsveçin Malmö şəhərində keçiriləcək Avroviziya 2024-də 37 ölkə iştirak edəcək.

Gürcüstan, Albaniya, Ermənistan, Avstraliya, Avstriya, Azərbaycan, Belçika, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Moldova, Hollandiya, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Böyük Britaniya Avroviziya 2024-ün iştirakçılarıdır.

68-ci mahnı müsabiqəsinin şüarı United By Music olacaq.

Müğənni Loreen tərəfindən təmsil olunan İsveç Tatto mahnısı ilə Avroviziya 2023-də qalib gələrək ev sahibliyi etmək hüququ qazanıb. Bununla da İsveç qələbə sayına görə avroviziyanın rekordçusu olub. Malmö avroviziyaya sonuncu dəfə 2013-cü ildə, ilk dəfə isə 1992-ci ildə ev sahibliyi edib.

Sonuncu dəfə 1993-cü ildə avroviziyada iştirak edən Lüksemburq bu il müsabiqəyə qayıdır.