Avropanın ən yaxşı səyahət istiqamətləri arasında Tbilisi üçüncü yerdədir
“Avropanın ən yaxşı səyahət istiqamətləri 2020” (EBD) müsabiqəsində Tbilisi üçüncü yerə çıxdı.
Beynəlxalq müsabiqəyə Tbilisinin müxtəlif məhəllələrində səkkiz fotoqraf tərəfindən çəkilmiş fotolar təqdim olunmuşdu.
“Avropanın ən yaxşı səyahət istiqamətləri 2020” – qeyd olunan sorğunu “Avropanın ən yaxşı yerləri” vebportalı artıq 11 ildir ki, keçirir. Sorğuda bu il 600 mindən artıq insan iştirak edirdi.
Reytinqdə Gürcüstan barəsində qeyd olunub ki, “Paytaxt Tbilisi mədəniyyəti, qastronomiya rəngarəngliyi, memalıq həvəskarları üçün ideal yerdir”.
Vebportal Gürcüstana səyahət etmək arzusunda olanlara ən yaxşı dövrü də tövsiyyə edir – “Gürcüstanın paytaxtı yaz və yayda möhtəşəmdir”.
Reytinqdə birinci yeri Fransanın Kolmar şəhəri tutur. İkinci yerdə isə, Yunanıstanın paytaxtı Afinadır. 2020-ci ildə səyahət üçün 15 ən yaxşı yerlər arasında qarşıdakı şəhərlər adlandırıldılar: Vyana (Avstriya), Kaşkaişi (Portuqaliya), Sibiu (Rumıniya), Namur (Belçika), Reyka (Xorvatiya), Paris (Fransa), Bidqoşç (Polşa), Roma (İtaliya), Hivez (Macarıstan), Kork (İrlandiya), Roşfor (Fransa), Menorka (İspaniya).