Avropa Yayımçılar İttifaqı Gürcüstanın Birinci Kanalının çəkiliş qrupuna edilən fiziki hücuma görə narahat olduğunu bildirir

Avropa Yayımçılar İttifaqı Gürcüstanın Birinci Kanalının çəkiliş qrupuna edilən fiziki hücuma görə narahat olduğunu bildirir.

Avropa Yayımçılar İttifaqı (EBU) sosiyal şəbəkə “Tvitterdə” Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili tərəfindən yayılan posta səsləndi. Postda Tinatin Berdzenişvili qeyd etmişdi ki, bu Birinci Kanalın jurnalistlərinə qarşı edilən ilk hücum deyil.

Öz növbəsində, Yayımçılar İttifaqı posta bildirilən hadisəyə görə, çox narahat olduğunu bildirdi.

“Biz Gürcüstanın Birinci Kanalının çəkiliş qrupuna edilən hücuma görə narahatçılığımzı bildiririk. Demokratiyanın inkişaf etməsi üşün medya vasitələrinə öz işlərini təhlükəsiz şəkildə yerinə yetirmələri üçün imkan verilməlidir”,- deyilir Avropa Yayımçılar İttifaqının “Tvitterdə” yaydığı bəyanatda.

Xatırladaq ki, mayın 17-də, Dmanisidə baş verən qarşıdurma zamanı, Birinci Kanalın operatoru, jurnalisti və fotoqrafına fiziki hücum edildi.

Hadisə ilə bağlı bəyanat yayaraq, Birinci Kanal jurnalistlərə hücum edən aqressiv şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etdi.