Avropa Yayım Birliyinin radiostansiyaları bir ideya ətrafında #People Help the People
Avropa Yayım Birliyinin radiostansiyaları bir ideya ətrafında #People Help the People

 

Avropa Yayım Birliyinin radiostansiyaları Hollandiya Radiosu (NPO) 3FM-in təşəbbüsü ilə bir araya gəlir, Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanlar və onların yaxınları ilə həmrəyliklərini ifadə edirlər.

Fevralın 15-də Tbilisi vaxtı ilə saat 11:45-də Gürcüstan Radiosu və Gürcüstan Radiosu-Musika Avropanın radiostansiyaları ilə birlikdə həmrəylik aksiyasına qoşulacaq və mahnı səsləndirəcək.

“Belə vaxtlarda radio hər zaman yanınızdadır, bu səbəbdən çərşənbə günü, fevralın 15-də radiostansiyalar birlikdə Birdy-nin People Help the People mahnısını səsləndirəcəklər.

Radio birbaşa emosiyalara toxunur, musiqi isə universal dildir. Bu faciə zamanında biz birləşməli, bütün qəlbimizlə dəstəyimizi ifadə etməli, zərərçəkmişlərə kömək etmək üçün gücümüzü birləşdirməliyik”-deyə Niderland radiosunun rəhbəri Menno de Buri açıqlayıb.