“Avropa Xalq Partiyası” tərəfindən hazırlanmış qətnamə layihəsində işğal olunmuş Abxaziyadan müstəqil dövlət olaraq bəhs edilir
“Avropa Xalq Partiyası” tərəfindən hazırlanmış qətnamə layihəsində işğal olunmuş Abxaziyadan müstəqil dövlət olaraq bəhs edilir

 
Avropalı parlamentarilərin bir hissəsi işğal olunmuş Abxaziyadan müstəqil dövlət olaraq bəhs edir. “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi ilə bağlı “Avropa Xalq Partiyası” tərəfindən hazırlanmış və Avropa Parlamentinin saytında yerləşdirilən qətnamə layihəsində deyilir ki, “gürcü qanun layihəsi rus qanununa əsasən yaradılıb və oxşar qanunvericilik bu yaxınlarda Qırğızıstan və Abxaziyada qəbul edilib”.

Qətnamə layihəsində qanun layihəsi ilə bağlı narahatlıq ifadə edilir, “çünki qanun layihəsi Rusiya Federasiyasında 2012-ci ildə qəbul edilmiş analoji qanuna əsasən yaradılıb. Oxşar qanunvericilik bu yaxınlarda Qırğızıstan və Abxaziyada qəbul edilib”.
Gürcüstanın işğal olunmuş bölgəsinə münasibətdə bu mətndə işğal sözü işlədilmir və Qırğızıstanla birlikdə “analoji qanunvericiliyin qüvvəyə mindiyi Abxaziya” dan bəhs edilir.

Sözügedən qeyd və layihə səsverməyə çıxarılmayacaq, çünki Avropa Parlamenti eyni layihənin “Gürcü Arzusu”nun deputatlarına sanksiya tətbiq edilməsini və Avropa İttifaqından Gürcüstana maliyyə yardımının dayandırılmasını nəzərdə tutan bəndlərindən biri ilə bağlı razılığa gələ bilməyib.

Avropalı deputatlar bu gün müxtəlif siyasi qrupların razılığı nəticəsində hazırlanmış konsolidasiya edilmiş variantı səsə qoyacaqlar, bu variantda belə qeydlər artıq yoxdur, hərçənd gürcü deputatlara qarşı sanksiya tətbiqini tələb edən və Abxaziyadan ayrıca dövlət olaraq bəhs edən “Avropa Xalq Partiyası”nın qətnamə layihəsinin mətni hələ də Avropa Parlamentinin internet saytında, rəsmi sənədlər arasında qalır.