Gürcüstanda rəsmi səfərdə olan Avropa Şurasının prezidenti Şarl Mişel bu gün rəsmi görüşlər keçirəcək.
Səfər çərçivəsində Ş.Mişel ilk görüşünü Gürcüstan prezidenti Salome Zurabişvili ilə Orbelianilər Sarayında keçirəcək.İkitərəfli görüşdən sonra Salome Zurabişvili və Avropa Şurasının prezidenti mətbuat qarşısında birgə açıqlamalar verəcəklər.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili , parlamentin sədri Arçil Talakvadze və siyasi partiyaların rəhbərləri ilə də görüşlər planlaşdırılır.
Avropa Şurasının prezidenti Xurvaleti kəndi yaxınlığındakı işğal xəttini ziyarət edəcək, AB-nin Gürcüstandakı yeni nümayəndə heyətinin açılış mərasimində iştirak edəcək və Aİ tərəfindən maliyyələşdirilən layihəni nəzərdən keçirəcək.
Şarl Mişel martın 2-də Gürcüstanı tərk edəcək.
Müəllif-Sevinc Mustafayeva