Avropa Şurasına sədrlik edən Belçika, Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqlar çərçivəsi ilə əlaqədar mövqelərin uzlaşdırıldığını və iyunun 25-də məsləhətləşmələrin keçiriləcəyini açıqlayır

15:48, 21.06.2024

 

Avropa Şurasına sədrlik edən Belçika, Ukrayna və Moldovanın üzvlüklə bağlı danışıqlar çərçivəsi ilə əlaqədar mövqelərin uzlaşdırılması haqda məlumat yayır.

Sosial şəbəkədə dərc olunan məlumatda qeyd olunduğu kimi, iyunun 25-də Lüksemburqda danışıqların başladılması üçün yol açılır.

“Avropa İttifaqı Şurası Avropa İttifaqının ümumi mövqelərini, o cümlədən Ukrayna və Moldovanın üzvlük danışıqları üzrə danışıqların çərçivəsini qəbul edib. Bununla, çərşənbə axşamı, iyunun 25-də Lüksemburqda danışıqların başladılması üçün yol açılır. Saat 15:30-da Ukrayna ilə hökumətlərarası məsləhətləşmələr, 18:00-da Moldova ilə hökumətlərarası məsləhətləşmələr”-məlumatda qeyd olunub.

Oxşar