Avropa Şurası Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra onun prezidentliyini qeyri-legitim olaraq tanımağa çağırır
Avropa Şurası Parlament Assambleyası beynəlxalq ictimaiyyəti Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra onun prezidentliyini qeyri-legitim olaraq tanımağa çağırır

 
Avropa Şurası Parlament Assambleyası Rusiyanı diktatura elan edən və beynəlxalq ictimaiyyəti 2024-cü ildə Vladimir Putinin hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra prezidentliyini qeyri-legitim olaraq tanımağa çağıran qətnaməni təsdiqləyib.

Avropa Şurası Parlament Assambleyası həmçinin üzv dövlətləri Putinlə humanitar əlaqə və sülh səylərindən başqa bütün əlaqəni kəsməyə çağırıb.

“Prezidentin son dərəcə uzunmüddətli idarəçiliyin nəticəsi olaraq malik olduğu mütləq səlahiyyət və əlavə olaraq güclü parlament, müstəqil məhkəmə sistemi, müstəqil media və fəal vətəndaş cəmiyyəti kimi bütün nəzarət və tarazlığın əksikliyi Rusiya Federasiyasını de-fakto diktaturaya çevirib” – deyə parlamentarilər qeyd ediblər.

Qətnaməyə əsasən, Rusiyanın Ukraynada müharibəsi diktaturaların beynəlxalq sülh və təhlükəsizliyə, qonşularının ərazi bütövlüyünə və siyasi müstəqilliyinə təhdid olduğunun sübutudur.

Eyni zamanda, assambleya bir daha Rusiya rəhbərliyinin, o cümlədən Putinin Ukraynada törədilmiş cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq cinayət məhkəməsi tribunalının yaradılmasını dəstəkləyib.

Xatırladaq ki, 2020-ci ilin iyulunda Rusiya konstitusiyasına edilən dəyişikliklər Putinə potensial olaraq 2036-cı ilə qədər prezident kimi qalmağa imkan yaradıb.