Avropa Şurası - Buça və digər şəhərlərdə törədilmiş qətliam Avropada törədilən qəddarlıqların siyahısına yazılacaq, müharibə cinayətlərini törədənlər məsuliyyət daşıyırlar
Avropa Şurası Rusiyanın Buça və Ukraynanın digər şəhərlərində törətdiyi qəddarlıqları pisləyən bəyanat dərc edib.
Bəyanatda da deyildiyi üzrə, Avropa Şurası Rusiya silahlı qüvvələrinin hazırda işğaldan azad edilmiş Ukraynanın bir neçə işğal olunmuş şəhərində törətdiyi qəddar əməlləri qətiyyətlə pisləyir.
“Çoxlu sayda mülki əhalinin həlak olması və tələfatı, mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli görüntülər Rusiyanın Ukraynaya və onun xalqına qarşı amansız və təcavüzkar müharibəsinin əsl mahiyyətini göstərir. Buça və digər şəhərlərdə törədilmiş qətliam Avropada törədilən qəddarlıqların siyahısına yazılacaq” – deyə bəyanatda bildirilir.
Avropa Şurası qeyd edir ki, Rusiya hakimiyyəti bu vəhşiliklərə görə məsuliyyət daşıyır, çünki bu cinayətlər Rusiya əraziyə effektiv nəzarəti həyata keçirərkən törədilib və işğalla bağlı beynəlxalq hüququn subyekti olub.
” Müharibə cinayətlərinin və digər ciddi pozuntuların səbəbkarları, habelə məsul dövlət rəsmiləri və hərbi rəhbərlər məsuliyyət daşıyırlar. Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin Ukrayna ərazisində törətdiyi əsas insan hüquqlarının və fundamental insan hüquqları qanununun pozulması üçün məsuliyyətin təmin edilməsi istiqamətində tədbirlərin görülməsini dəstəkləyir” – deyə Avropa Şurasının bəyanatında deyilir.
Bundan əlavə, Aİ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru tərəfindən başlanmış müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərin təhqiqatını, həmçinin Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin İstintaq Komissiyasının fəaliyyətini tam dəstəkləyir.
“Biz bütün dünya üçün bu çətin anlarda Ukrayna və Ukrayna xalqına həmrəyliyimizi bildiririk. Aİ Ukraynanı qəti şəkildə dəstəkləməyə davam edəcək və təcili zərurətdən irəli gələrək, Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləməyə davam edəcək. Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır” – deyə bəyanatda deyilir.