Avropa radiostansiyaları bir ideya ətrafında - Ukraynaya həmrəylik aksiyası

 

Cümə günü, martın 4-də Avropa vaxtı ilə saat 08:45-də Ukrayna Radiosu da daxil olmaqla, Avropanın 150-yə qədər ictimai radiostansiyası birləşəcək və bütün radyolarda eyni vaxtda Con Lennonun – Give Peace a Chance mahnısını səsləndirəcəklər.

Gürcüstan Radiosu da Avropa Yayımçılar İttifaqına üzv ARD/RBB radiostansiyasının təşəbbüsünə qoşulur, bu təşəbbüs radionun sülhə dəstəyini necə gücləndirə biləcəyini və bütün qitədə vahid hərəkat yarada biləcəyini nümayiş etdirir.

Gürcüstan radiosu Ukraynaya dəstək aksiyası çərçivəsində martın 4-də Tbilisi vaxtı ilə saat 11:45-də Con Lennonun “Give Peace a Chance” mahnısını səsləndirəcək.