Avropa Parlamenti çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində qaydaların sərtləşdirilməsini dəstəkləyib, bu da nağd ödənişlər də daxil olmaqla 10 000 avrodan artıq ödənişin qadağan edilməsini əhatə edir
Avropa Parlamenti çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində qaydaların sərtləşdirilməsini dəstəkləyib, bu da nağd ödənişlər də daxil olmaqla 10 000 avrodan artıq ödənişin qadağan edilməsini əhatə edir

 
Avropa Parlamenti 10 000 avrodan artıq nağd ödənişlərin qadağan edilməsini dəstəkləyib. Avropa İttifaqının qanunverici orqanı sözügedən qərarı çirkli pulların yuyulması ilə mübarizə çərçivəsində qəbul edib.

Nağd ödənişlərə qoyulan məhdudiyyətlərdən başqa, yeni qaydalarla dəbdəbəli əşyaların satıcıları müştərilərin kimliyini yoxlamalı və şübhəli əməliyyatlar barədə hakimiyyətə məlumat verməlidirlər.

Sərtləşdirilmiş qaydalar qiymətli zinət əşyaları, lüks avtomobillər, şəxsi təyyarələr və yaxtalara da şamil ediləcək. Yeni norma ilə həmçinin xeyriyyə məqsədilə vəsaitin Avropa futbol klublarına yatırılması da qadağan ediləcək, bu tez-tez pulların yuyulması məqsədilə edilir.

Bununla yanaşı, hakimiyyət kriptovalyuta əməliyyatlarını və aktivləri 50 milyon avrodan çox olan insanların bank köçürmələrini diqqətlə izləməyə məcbur olacaq. Səhmlərin nəzarət paketinin ən azı dörddə birinə sahib olan şirkətlərin sahibləri Avropa İttifaqında qeydiyyatdan keçəsi olacaqlar. Bu tədbir sanksiyalardan yayınmanın məhdudlaşdırılacağı rus oliqarxlarına qarşı yönəlib.

Yeni qaydalar 2029-cu ildə qüvvəyə minməlidir. Baş qərargahı Almaniyanın Frankfurt şəhərində yerləşəcək Çirkli Pulların Yuyulmasına Qarşı yeni Avropa Mübarizə Agentliyi ilə birlikdə bu qaydaların icrasına görə Avropa İttifaqına üzv ölkələrin hökumətləri cavabdehlik daşıyacaq.