Avropa Məhkəməsinin qərarı ilə, mal-qaranın ritual məqsədi ilə kəsilməsi sadəcə leqal qəsəbxanalarda mümkün olacaq
Mal-qaranın ritual məqsəd ilə kəsilməsi artıq sadəcə leqal qəsəbxanalarda mümkün olacaq.
Belə bir qərarı Avropa Məhkəməsi verdi.
Bu məsələ Avropa Məhkəməsinə, Belçikadaki müsəlmanların, Qurban bayramında, mövcud olan qəsəbxanaların kifayət olmadığına görə, hökümətdən müvəqqəti olaraq, yeni qəsəbxanaların yaradılmasını tələb etmələrindən sonra daxil edildi.
Belçika Məhkəməsi dini təşkilatların bu tələbini qəbul etmədi.
Eyni verdikti Avropa Məhkəməsi də qüvvədə saxladı.
Müsəlman təşkilatları bu qərar ilə razılaşmaq istəmirlər və bəyan edirlər ki, bu din azadlığının məhdudlaşdırılmasıdır.
Avropa Məhkəməsinin verdiktinin nəticəsində müəyyən edildi ki, Avropa İttifaqı ərazisində və eləcədə Belçikada mal-qaranın kəsilməsi sadəcə xüsusi qəsəbxanalarda mümkün olacaq.
Bununla yanaşı, Avropa Məhkəməsi 2009-cu ildə qərar vermişdi ki, heyvanın kəsilməsinə onu əvvəlcədən yatızdırdıqdan sonra icazə verilir, ancaq dini rituallar üçün bu qərar istisna olaraq, qüvvədə qalmır.