Avropa Komissiyasının prezidenti Azərbaycandan daha çox təbii qaz alınması məsələsi ilə bağlı Bakıda səfərdədir
Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Azərbaycandan daha çox təbii qaz alınması məsələsi ilə bağlı bu gün Bakıda səfərdədir.
Yayılan məlumatlarda, energetika məsələləri üzrə Avropa komissarı Kadri Simsonun da Azərbaycanın paytaxtında səfərdə olduğu deyilir.
“Rusiyanın enerji təchizatını silahlandırmaqda davam etdiyi bir şəraitdə bizim enerji idxalımızın şaxələndirilməsi Aİ üçün prioritet məsələdir. Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Laiyen və komissar Kadri Simson əməkdaşlığı daha da gücləndirmək üçün Azərbaycanda olacaqlar” – deyə Avropa Komissiyasının bəyanatında deyilir.
Avropa Komissiyası Aİ ölkələrinə təbii qaz idxalını artırmaq və boru kəmərinin genişləndirilməsini dəstəkləmək üçün Azərbaycanla saziş təklif edib.