Avropa Komissiyası Avropa İttifaqı ölkələrini Ukraynanın taxıl idxalına qarşı birtərəfli tədbirlər tətbiq etməkdən çəkinməyə çağırır
Avropa Komissiyası Avropa İttifaqı ölkələrini Ukraynanın taxıl idxalına qarşı birtərəfli tədbirlər tətbiq etməkdən çəkinməyə çağırır

Avropa Komissiyası Avropa İttifaqı ölkələrini Ukraynanın taxıl idxalına qarşı birtərəfli tədbirlər tətbiq etməkdən çəkinməyə çağırır. Bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Valdis Dombrovski brifinqdə bildirib.

“Ukrayna tərəfdən tədbirlər görüləcək və aydındır ki, Avropa Komissiyası vəziyyətə nəzarəti davam etdirəcək və əgər bazarın sabitliyi pozularsa, təcili təhlükəsizlik tədbirlərinə fundamental ehtiyac yaranarsa, bu, hələ də seçim olaraq qalır . Ona görə də indi bütün ölkələrin kompromis ruhunda işləməsi, konstruktiv əməkdaşlıq etməsi vacibdir. Təbii ki, üzv dövlətlərin birtərəfli tədbirlərdən çəkinməsi və razılaşmaya uyğun işləməsi daha yaxşı olardı” – deyə Avropa komissarı bildirib.

Məlumat üçün bildirək ki, Avropa Komissiyası Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına mayın əvvəlindən qüvvədə olan məhdudiyyətin müddətini uzatmayıb.

Avropa İttifaqının məhdudiyyətləri aradan qaldırmasına baxmayaraq, Polşa, Slovakiya və Macarıstan Ukrayna taxılını idxal etməkdən imtina edirlər.