Prağada keçirilən Dzyudo üzrə Avropa Çempionatının yekun günündə dörd gürcü idmançı yarışacaq.
90 kq çəki kateqoriyasında gürcü dəstəsi üçün Beka Ğviniaşvili yarışacaq və məşhur İrlandiyalı dzyudoçu ilə görüşəcək.
100 kq kateqoriyasında medal almağa titullu gürcü dzyudoçu Varlam Liparteliani, yunan rəqibi ilə görüş zamanı çalışacaq.
Ağır çəkidə isə, Gürcüstanın adı ilə, iki dzyudoçu Quram Tuşişvili və Levan Matiaşvili çıxış edəcəklər.
Quram Tuşişvili Rumıniyalı, Levan Matiaşvili isə, Niderlandlı rəqibləri ilə görüşəcəklər.
Xatırladaq ki, dünən 82 kq çəki kateqoriyasında, yarışan Tato Qriqalaşvili Bolqarıstanlı İvaylo İvanovu məğlub edərək, Avropa çempionu oldu.
Görüşlər saat 13:00-da başlayacaq.
Final blokunun birbaşa tele-reportajını isə, saat 19:00-da, 1tv.ge-də “Teleməktəb” platforması təqdim edəcək.