Avropa İttifaqının yeniləşdirilmiş siyahısında Gürcüstan səyahət etmək üçün ən təhlükəsiz ölkələr arasındadır
Avropa İttifaqı sağlamlıq baxımından səyahət üçün təhlükəsiz ölkələr siyahısını yenilədi.
Siyahıdan Əlcəzayr çıxardılıb.
Avropa İttifaqı Şurasının qərarı ilə, təhlükəsiz ölkələr arasında Yeni Zelandiya, Kanada, Gürcüstan, Yaponiya, Maroko, Ruanda, Cənubi Koreya, Tayland, Tunis və Uruqvay var.
Avropa İttifaqı tərəfindən təhlükəsiz ölkələr siyahısına Çin də daxil edilib, ancaq Çin vətəndaşları üçün Avropa İttifaqının sərhədləri qarşılıqlı açılmalıdır, yəni Çin də öz sərhədlərini açmalıdır.