Avropa İttifaqının rekomendasiyalarına əsasən, Parlamentin Hüquq Məsələləri Komitəsi bu gün beş işçi qrupu yaradacaq
Avropa İttifaqının rekomendasiyalarına əsasən, Parlamentin Hüquq Məsələləri Komitəsi bu gün beş işçi qrupu yaradacaq

 

Avropa İttifaqının rekomendasiyalarına əsasən, Parlamentin Hüquq Məsələləri Komitəsi bu gün beş işçi qrupu yaradacaq. Bu qruplar deoliqarxizasiya, məhkəmə islahatı, “Seçki Məcəlləsi”, antikorrupsiya agentliyinin yaradılması və Xüsusi İstintaq Xidmətinin və Şəxsi Məlumatların Mühafizəsi Xidmətləri üzrə fəaliyyət göstərəcək.

Komitənin iclasından sonra deoliqarxizasiya üzrə işçi qrupunun iclası təyin olunub, iclasda hakim komanda müxalifət nümayəndələrinin təqdim edəcəyi təklifləri gözləyir.

Əvvəlki görüşdə “Gürcü Arzusu” de-oliqarxizasiya məsələsi ilə bağlı Ukrayna modelini opponentlərə təqdim edib, bununla əlaqədar siyasi partiyalar arasında mövqelər bölünüb. Müxalifətin bir hissəsi Ukrayna qanunvericiliyinə oxşar dəyişikliklərin qəbul edilməsinin əleyhinədir. Hakim komanda onlara öz baxışlarını təqdim etməyi təklif edib.

Parlamentin Hüquq Məsələləri üzrə Komitəsinin sədri Anri Oxanaşvilinin jurnalistlərə verdiyi açıqlamaya əsasən, əvvəlki görüşdə siyasi partiyalar Ukrayna modeli ilə bağlı məsələlərin işlənib hazırlanması və təkliflərini təqdim etmək üçün vaxt istəyiblər.

“Biz bu təklifləri mübadilə etmək üçün bu gün bir araya gəlirik. Ümid edirəm ki, müxalifət nümayəndələri bu məsələləri işləyib hazırlayıblar və öz mövqelərini təqdim edəcəklər” – deyə Oxanaşvili bildirib.