Avropa İttifaqının Nümayəndəliyi - Gürcüstan yığmasının Avropa çempionatında tarixi debütü ilə fəxr edirik, bu möhtəşəm oyunlara görə təşəkkür edirik
Avropa İttifaqının Nümayəndəliyi - Gürcüstan yığmasının Avropa çempionatında tarixi debütü ilə fəxr edirik, bu möhtəşəm oyunlara görə təşəkkür edirik

 
Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyi sosial şəbəkədə Gürcüstanın futbol üzrə milli yığmasının Avropa çempionatında mübarizəsinə münasibət bildirir.

“Biz Gürcüstan milli yığmasının Avropa çempionatında tarixi debütü ilə fəxr edirik. Siz Gürcüstana sevinc və şərəf bəxş etdiniz və bütün dünyada milyonlarla azarkeşin qəlbini fəth etdiniz. Bu möhtəşəm oyunlara görə təşəkkür edirik”- Avropa İttifaqının Nümayəndəliyi yazır.