Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya hərbi yardımın yeni tranşı barədə razılaşıblar
Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya hərbi yardımın yeni tranşı barədə razılaşıblar

 

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri Ukraynaya hərbi yardımın yeni tranşı barədə razılaşıblar. Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter”də yazır.

Şarl Mişelin sözlərinə görə, yeni hərbi yardım paketi 500 milyon avro həcmində olacaq.

“Avropa sülh və dəyərlərimizin müdafiəsi naminə təchizatı davam etdirir. Mən Avropa İttifaqı Şurasının Ukrayna üçün Avropa Sülh Fondunun beşinci tranşının ayrılması ilə bağlı siyasi qərarını alqışlayıram. Aİ-nin Ukrayna Silahlı Qüvvələrinə hərbi texnika dəstəyi hazırda 2,5 milyard avro təşkil edir. Avropa Ukraynanın yanındadır”-deyə Şarl Mişel yazır.