Avropa İttifaqı və Çin iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər
Avropa İttifaqı və Çin iqtisadi və ticarət məsələlərini müzakirə edəcəklər

 

Bu gün, iyulun 19-da Avropa İttifaqı və Çin yüksək səviyyəli iqtisadi və ticarət dialoqu keçirəcəklər. Bu barədə “Reuters” məlumat yayır.

“İyulun 19-da 9-cu Aİ-Çin yüksək səviyyəli iqtisadi və ticarət dialoqu keçiriləcək. Mən bu mühüm tədbirə Çinin vitse-baş naziri Liu He ilə birlikdə həmsədrlik etməyi səbirsizliklə gözləyirəm” – deyə Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis “Twitter”də qeyd edib.

Mövcud məlumatlara görə, tərəflər arasında dialoq virtual rejimdə keçiriləcək. Oxşar dialoqun sonuncu raundu 2020-ci ilin iyulunda keçirilib.