Avropa İttifaqı Gürcüstanda səkkiz yeni layihə maliyyələşdirəcək və bunun üçün 11,8 milyon dollar ayrılıb.
Avropa İttifaqının diqqət yetirdiyi əsas istiqamətlər – vətəndaş cəmiyyətinin gücləndirilməsi və insan hüquqlarının qorunmasıdır.
Qrant müsabiqəsində qalib gələn layihələr bugün bəlli oldu. Onlar əsasən, sosiyal servisin əlyetərliliyinə, psixiki sağlamlığa, insan hüquqlarının qorunmasına, fəal vətəndaş iştirakına və uşaqlar haqqında qayğı mövzuarına aiddir.
“Vətəndaş cəmiyyətinin dəstəyi Avropa İttifaqı üçün necə qlobal, eləcədə yerli səviyyədə əsas prioritetli məsələlərdən biridir,.
Gürcüstanda maliyyələşdiriləcək səkkiz layihənin məqsədi vətəndaşların fəal qoşulmasının və insan hüquqlarının gücləndirilməsidir”, – qeyd etdi Yanoş Herman təqdimatda çıxış edərkən.
Layihələrin maliyyələşdirilməsi üçün müsabiqə 2017-ci ildə elan edildi.
Layihələrin həyata keçirilməsi üçün təşkilatlara iki il lazım olacaq.