Avropa İttifaqı gürcü müəssisələrinin akreditləşdirmə imkanlarını müzakirə edir
Avropa İttifaqı gürcü müəssisələrinin akreditləşdirmə imkanlarını müzakirə edir

Avropa İttifaqı gürcü müəssisələrinin akreditləşdirmə imkanlarının müzakirəsinə başlayır. Bununla bağlı prossedurlar isə yaxın gələcəkdə başlayacaq, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili və Avropa İttifaqının təcarət məsələləri üzrə avrokommisarı Sesilia Almstronq razılaşdılar.

Hökumət administrasiyasının məlumatına görə, Avropa İttifaqının akreditləşdirmə standartlarının təmin edilməsi müəssisələri imkan verəcəkdir ki, öz məhsullarını Avropa İttifaqı bazarına ixrac etsinlər.

Baş nazir və avrokommisar görüş zamanı həmçinin, Avropa İttifaqı-Gürcüstan ticari-iqtisadi ələqələrə, azad ticarət məkanı haqqında razılaşmanın implementasiyası istiqaməti ilə nail olunmuş tərəqqiyə xüsusi diqqət yetirdilər. Avropa İttifaqı-Gürcüstan arasında mövcud artan ticarət dinamikası xüsusi ilə qeyd olundu – Gürcüstandan Avropa İttifaqına 2017-ci ildə ixrac 13 faiz ilə artdı və ümumilikdə 647 milyon dolları təşkil etid.

Həmçinin sərmayələr baxımından müsbət tendensiyala diqqət yetirildi. Avropadan sərmayələrin artımı 6 faiz ilə əks olundu və ümumilikdə 445 milyon dollara çatdı.

Tərəflər inandıqlarını bəyan etdilər ki, Avropa İttifaqı-Gürcüstan ticari-iqtisadi ələqələrdə mövcud  pozitiv dinamika davam edəcək və azad ticarət məkanı haqqında razılaşmanın uğurlu implementasiyası gürcü müəssisələrin daha artıq imkanlar yaradacaq.