Avro 2024 biletləri üçün 206 ölkədən 20 milyondan çox müraciət daxil olub #1TVSPORT
Avro 2024 biletləri üçün 206 ölkədən 20 milyondan çox müraciət daxil olub #1TVSPORT

Avro 2024-ün biletləri üçün bütün dünya üzrə azarkeşlərdən – ümumilikdə 206 ölkədən 20 milyondan çox müraciət daxil olub.

Biletlər bir neçə mərhələdə satılacaq. Minimum bilet qiyməti 30 avrodur.

Berlinin “Olimpiastadionunun” ev sahibliyi edəcəyi finala bilet üçün 2 295 665 müraciət təqdim olunub ki, bu da arenanın tutumundan 33 dəfə çoxdur.

Münhendəki “Allianz Arenada” keçiriləcək açılış matçını canlı olaraq 1 milyon 408 min insan izləmək istəyir.

Biletlər noyabrın əvvəlində lotereya vasitəsilə paylanacaq. Bilet satışının növbəti mərhələsi dekabrın 2-də başlayacaq.

Avro-2024-ün final turniri 2024-cü il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.