Avlabaridə, prezident igamətgahı ərazisində yanğın nəticəsində 60 yaşlı kişi həlak oldu
Tbilisidə, Avlabaridə, prezident igamətgahı ərazisində, Spartak döngəsində yanğın nəticəsində 60 yaşlı kişi həlak oldu, – bu barədə jurnalistlərə Fövqəladə Halların İdarəsi Agentliyinin nümayəndəsi, Mamuka Ğirimeli bildirdi.
Yanğın təxminən səhər saat 05:00-də əmələ gəldi və 200 kvadratmetr sahəyə yayıldı.
Fövqəladə Halların İdarəsi Agentliyinin məlumatına görə, hadisə yerinə 10 yanğınsöndürən briqada və 60 yanğınsöndürən-xilasedici səfərbər olunmuşdu.