Avlabaridə qəzalı binanın bir hissəsi uçub

 

Avlabaridə Çexov küçəsi 2 ünvanında yerləşən üçmərtəbəli binanın bir hissəsi uçub. Qəza nəticəsində xəsarət alan olmayıb. Bina illərdir qəzalı vəziyyətdə olub və əhalinin bir hissəsi Tbilisi meriyası tərəfindən kirayəyə çıxarılıb.

Çökmə zamanı qaz borusu zədələnib. Zədələnmiş qaz borusu “Tbilisi Energy”-nin əməkdaşları tərəfindən bağlanıb, buna görə də bu vaxt üçün 400-ə yaxın ailə təbii qazdan məhrum olub. Şirkətdən verilən məlumata görə, günün sonuna qədər yerli əhalinin qaz təchizatı bərpa olunacaq.

İsani rayonunun icra başçısı Nikoloz Elisaşvili hadisə yerində olub və bildirib ki, patrul son bir neçə gündür qəzalı binanın ətrafını bağlayıbmış və yaxınlıqda nə avtomobillər, nə də vətəndaşlar hərəkət edirlərmiş.