Avqustun 14-dən sentyabrın 4-dək hansı məhdudiyyətlər tətbiq olunacaq?
Avqustun 14-dən sentyabrın 4-dək hansı məhdudiyyətlər tətbiq olunacaq?

Qurumlararası Koordinasiya Şurası bu gün keçirilən iclasda bir neçə məhdudiyyət tətbiq etmək qərarına gəldi, məhdudiyyətlər  üç həftə ərzində qüvvədə qalacaq.

“Bildiyiniz üzrə, bütün dünyada olduğu kimi, Gürcüstanda da epidemioloji vəziyyət əsasən yeni ştammların  geniş sirkulyasiyası səbəbi ilə ağırlaşıb.

Koordinasiya Şurasının qərarına əsasən, 14 avqustdan 4 sentyabradək 3 həftə ərzində aşağıdakı məhdudiyyətlər tətbiq ediləcək:

  • Munisipal nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyət şəhərlərarası nəqliyyata aid deyil;
  • Festivallar , əyləncə tədbirləri, konsertlər və idman yarışları tam məhdudlaşdırılır ;
  • Uşaq əyləncə mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır;
  • Qida obyektlərinin gecə saat 00:00 -a qədər deyil , 23: 00 -a qədər işləməsinə icazə veriləcək;
  • Dövlət qurumlarına işçilərini mümkün qədər distansional iş rejiminə keçirmək tapşırığı verilir və şura oxşar tövsiyyəni özəl işlə təmin edənlərə də verir;
  • Hərbi həkimlərdən təşkil olunmuş briqadalar peyvəndləməni maksimal şəkildə genişləndirmək və əlçatımlılığı artırmaq üçün peyvəndləmə prosesinə cəlb ediləcək; Munisipal nəqliyyatın  məhdudlaşdırılması şəraitində dövlət əhalinin əsas peyvəndləyici müəssisələrə  daşınmasını təmin edir;
  • Səhiyyə Nazirliyi əlavə çarpayıların səfərbər edilməsi üzərində işini davam etdirir;
  • Mövcud qaydaların icrasına nəzarət, toy, yas və s. kimi ictimai tədbirlərin keçirilməsi də daxil olmaqla mümkün qədər sərtləşdiriləcək. Xatırladaq ki, bu cür tədbirlərə ev sahibliyi etdiyinə görə obyektlər 10 min lari cərimələnəcək və təkrar pozuntulara görə möhürlənəcəklər;
  • Bununla yanaşı, Koordinasiya Şurasının bugünkü iclasında  Xəstəliklərə Nəzarət üzrə  Milli Mərkəzinin rəhbəri sentyabr ayından etibarən qida, spa salonları , fitnes  mərkəzləri və buna bənzər obyektlərə bir peyvəndləmə və ya tam vaksinasiya kursundan keçmiş, son 72 saat ərzində keçirilən PCR testi və son 24 saatda aparılan sürətli antigen testinin mənfi cavabı   əsasında  şəxslərin buraxılmasına  icazə verilməsini tövsiyyə etdi.  Şura bu məsələni müzakirə edəcək və ictimaiyyətə verilən qərarlar barədə məlumat veriləcək “-deyə Qiorqi Ğibradze bildirib.