"Aversinin" Rustavi filialının 13 əməkdaşında koronavirus təsdiqləndi

“Aversi” klinikasının Rustavi filialının 13 əməkdaşında koronavirus təsdiqləndi.

İnfeksiyaya yoluxanlardan yeddisi Rustavi sakinidir.

Bu haqda məlumatı Birinci Kanala Kvemo-Kartli Səhiyyə rəhbəri Davit Beqaşvili təsdiqlədi.

Onun dediyinə görə, 7 Rustavi sakininin 60 kontaktı tapılıb.

Onlardan 15 karantinə aparılıb, digərləri isə, evdə öztəcriddədirlər.

Aversi klinikasının personalı isə, tamamən yeniləri ilə əvəz edilib.