Atskuri-Vale yolunda müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır
Atskuri-Vale yolunda müəyyən növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yollar Departamentindən verilən məlumata görə, güclü qar, aşağı temperatur və buzla əlaqədar beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 75-97-ci km-lik hissəsində (Atskuri-Vale) qoşqulu, yarımqoşqulu və 22 daha çox oturacağa (sürücü oturacağı istisna olmaqla) malik, sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş M3 kateqoriya avtonəqliyyat vasitələrinin hərəkəti qadağandır. Digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Magistral yolun qalan hissəsində avtomobillərin hərəkəti sərbəstdir.