Asya İnkişaf Bankının Mərkəzi və Qərbi Asya departamentinin baş direktoru vəzifəsinə Evgeni Jukov təyin edildi
Asya İnkişaf Bankının Mərkəzi və Qərbi Asya departamentinin baş direktoru vəzifəsinə Evgeni Jukov təyin edildi

Asya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asya departamentinin baş direktoru vəzifəsinə Evgeni Jukovu təyin etdilər.

Yeni baş direktor Asya İnkişaf Bankının operasiyalarına regionun on ölkəsində rəhbərlik edəcək. Bu ölkələr: Əfqanistan, Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxstan, Qırğızıstan, Pakistan, Türkmənistan və Özbəkistandır.

Asya İnkişaf Bankının məlumatına görə, bankın tam investisiya portfeli 24 milyard dolları təşkil edir.

Asya İnkişaf Bankının məlumatına görə, Evgeni Jukovun həmin bankda 25 illik iş stajı var və bankın müxtəlif vəzifələrində işləyib.