Asya İnkişaf Bankı Gürcüstanda kənd əhalisinin layihələrini maliyyələşdirəcək
Asya İnkişaf Bankı Gürcüstanda kənd əhalisinin layihələrini maliyyələşdirəcək

Asya İnkişaf Bankı (ADB) Gürcüstanın Kredo Bankına, yeni istifadəçi məhsulun yaradılması üçün 60 milyon larilik (22.3 milyon dollar) kredit və texniki işlər üçün 500 min dollarlıq qrant ayıracaq.

Asya İnkişaf Bankının məlumatına görə, qeyd olunan maliyyə yardımı kəndlərdə və şəhərlərin kənar yerlərində yaşayan əhalinin yaşam şəraitlərinin yaxşılaşdırılması üçün istifadə olunacaq.

“Bu Asya İnkişaf Bankının Kredo Bank ilə birgə həyata keçirdiyi ikinci layihədir, hansı ki, banka xidmət sahəsini artırmaq imkanını verir. Kredo Bankla əməkdaşlıq etdiyimiz üçün, regionlarda iqtisadi fəaliyyətimizi artırdığımız üçün  və Gürcüstanın inkişafına qatqımız olduğu üçün qürur duyuruq” – dedi Asya İnkişaf Bankının Özəl Sektor əməliyyatlarının aparıcı investisiya mütəxəssisi Rainer Hartel.